Yükleniyor...
Üzeyir Hacıbeyov
Bazı yüksek yetenekli şahıslar var ki onlar yalnız mensup olduğu halkın kalbinde tarihlerinde ve kültüründe değil, dünya müzik kültüründe de derin izler bırakırlar. Ünlü Azerbaycanlı besteci Üzeyir Hacıbeyov da bu şahsiyetlerden biridir.
Ünlü besteci, oyun yazarı, yayıncı, pedagog, müzikolog, çevirmen Üzeyir Hacıbeyov milli müziğin gelişiminde eşi görülmemiş bir rol oynamıştır. Ölümsüz eserleriyle hem Azerbaycan sanatında hem de dünya müzik kültüründe silinmez izler bırakmıştır.
Ünlü sanatçı Üzeyir Hacıbeyov, 18 Eylül 1885 tarihinde Azerbaycan’ın Şuşa ilçesine bağlı Ağcabedi semtinde doğdu. Babası Abdulhüseyin Molla Muhammed oğlu Hacıbeyov, döneminin tanınmış, eğitimli ve zeki şahsiyetlerindendi. XIX. yüzyılın ünlü devlet adamı ve şairi, Karabağ hanlarının varisi Hurşidbanu Natava’nın yazarıdır ve Ağcabedi’deki çiftliğini yönetmiştir. Üzeyir’in annesi Şirinbeyim Hanım Karabağ’daki ünlü Aliverdibeyovların soyundan geliyordu. Üzeyir Hacıbeyov’un yetenekli bir insan olarak gelişiminde ebeveynlerinin rolü büyüktür.
Üzeyir Hacıbeyov ilk eğitimini Şuşa’da iki sınıflı Rus-Türk okulunda aldı. Şuşa’nın zengin müzik geleneklerinin Hacıbeyov’un müzik eğitimindeki rolü yadsınamaz. İlk hocası, Azerbaycan müziğinin büyük ustalarından amcası Ağalar bey Aliverdibeyov’du.
Daha sonra 1899-1904’te Gori Öğretmen Okulu’nda eğitimine devam etti. Hacıbeyov burada Avrupa müzik klasiklerinin eserlerinde ustalaştı, keman ve bariton çalmayı öğrendi ve halk şarkılarının örneklerini notaya geçirdi. Gori seminerinde Üzeyir Hacıbeyov, gelecekte Azerbaycan opera müziğinin gelişimine eşi benzeri görülmemiş bir katkı sağlayacak Müslim Magomayev ile tanıştı.
Ü. Hacıbeyov 1905’te Bakü’ye gelerek bir süre orada çalıştı. 1907 yılında Bakü’de Azerbaycan Türkçesiyle “Basında Kullanılan Siyasi, Hukuki, Ekonomik ve Askeri Sözcüklerin Türkçe-Rusça ve Rusça-Türkçe Sözlüğü” nü yayımladı.
Üzeyir Hacıbeyov’un 1908’de sahnelenen “Leyli ve Mecnun” Müslüman Doğu’daki ilk operadır. Bir besteci olarak “Leyli ve Mecnun”, “Aslı ve Kerem”, “O olmasin, bu olsun”, “Arşin mal alan”, “Köroğlu” gibi ölümsüz eserler halkımıza miras bıraktı.
U.Hacibeyov’un müziği halkımızın zengin bir hazinesi ve manevi zenginliğidir. Hacıbeyov’un yaratıcı mirası, ulusal müzik kültürümüzün temel taşıdır. Bu ölümsüz sanatçıyı 135. yıl dönümü vesilesiyle sevgi ve minnetle anıyoruz.
***
(Azerbaycan Türkçesi)
Bəzi yüksək istedadlı şəxslər var ki, onlar yalnız mənsub olduğu xalqın qəlbində, tarixində, mədəniyyətində yox həm də dünya musiqi mədəniyyətində dərin iz qoyub. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov da bu şəxsiyyətlərdən biridir.
Məşhur bəstəkar, dramaturq, publisist, pedaqoq, musiqişünas-alim, tərcüməçi Üzeyir Hacıbəyov milli musiqi sənətimizin inkişafında misilsiz rol oynayıb. O yaratdığı ölməz əsərləri ilə həm Azərbaycan incəsənətində , həm də dünya musiqi mədəniyyətində silinməz izlər qoymuşdur.
Görkəmli sənətkar Üzeyir Hacıbəyov 1885 ci il sentyabrın 18-də Azərbaycanın Şuşa qəzasının Ağcabədi rayonunda dünyaya gəlmişdir. Onun atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov dövrünün tanınan, savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovun istedadlı bir şəxs kimi yetişməsində ana-atasının rolu böyük olmuşdur.
Üzeyir Hacıbəyov ilk təhsilini Şuşada, ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi ənənələrinin Hacıbəyovun musiqi tərbiyəsində rolu danılmazdır. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur.
Daha sonra o, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. Burada Hacıbəyov, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisinin inkişafına misilsiz töhvələr verəcək Müslüm Maqomayev ilə tanış olmuşdur.
Ü. Hacıbəyov 1905-ci illərdə Bakıya gəlir və bir müddət burada işləyir. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirir.
Üzeyir Hacıbəyovun 1908-ci ildə səhnələşdirilən “Leyli və Məcnun” əsəri müsəlman Şərqində ilk opera idi. Bir bəstəkar kimi o, xalqımıza “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” kimi ölməz əsərlər miras qoymuşdur.
Ü.Hacıbəyovun musiqisi xalqımızın zəngin xəzinəsi və mənəvi sərvətidir. Hacıbəyovun yaradıcılıq irsi milli musiqi mədəniyyətimizin təməl daşıdır. Bu ölməz sənətkarı 135 illiyi münasibətilə sevgi və minnətlə yad edirik.