Elçibəy’in sağ qolu Xocalı soyqırımının il dönümündə vəfat etdi

İsgəndər Həmidov xalqın yaddaşında Qarabağın azadlığı uğrunda mübarizə aparmış cəsur bir adam, Elçibəy' in  dostu və sabiq daxili işlər naziri olacaq qalacaq. O 26 fevral 2020 ci ildə, Xocalının işğal olunduğu tarixin il dönümündə  vəfat edib.


Hocalı katliamının yıl dönümünde vefat etti

İsgəndər Həmidov

İsgəndər Həmidov çılğın, emosional, təxminən bir il daxili işlər naziri olan, 9 il həbsdə yatan, general-leytenant, başı qalmaqallardan əskik olmayan, “istiqlalçı deputat”, milli hərəkatın tanınmış simalarından biridir. Onu tanıyanlar keçmiş naziri belə xarakterizə edirlər. İsgəndər Həmidov Azərbaycanın yaxın tarixinin ziddiyyətli siyasətçilərindən idi. Keçmiş nazirlə eyni komandada çalışanlar da İsgəndər Həmidovu “çox mürəkkəb fiqur” kimi dəyərləndirirlər.

İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olub. Orta təhsilini Tərtər rayonunda alıb. Daha sonra daxili işlər orqanlarında polis serjantı olaraq xidməti göstərib.

O, Bakı şəhərində “OBXSS”-də (sosialist əmlakının mənimsənilməsi ilə mübarizə şöbəsi) çalışıb və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.1980-ci illərin sonlarında milli azadlıq hərəkatına qoşulmuş və AXC-nin sədr müavini olmuş İsgəndər Həmidov Qarabağ müharibəsi zamanı könüllü batalyonları yaradanlardan biri idi.

1992-ci ilin mayında prezident səlahiyyətlərini icra edən İsa Qəmbər onu daxili işlər naziri vəzifəsinə təyin edib. 1992-ci ilin oktyabr ayında ona general-leytenant hərbi rütbəsi verilib.İsgəndər Həmidov 1993-cü ilin aprelində istefaya gedib.

O, 1995-ci ilin martında həbs edilib və 21 ay MTN-nin təcridxanasında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda (400 min dollar) pul mənimsəməkdə, 701 məhbusu azadlığa buraxmaqda, “İstiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadəni və qəzetin əməkdaşını döyməkdə ittiham olunub.

Əlbəttə bu ittihamların pərdə arxası tamam fərqlidir . İsgəndər Həmidov verdiyi repartajda deyir ki, “Mənə məhbusları buraxmağı hökumət əmr edib. Həmin məhbuslar cəbhə xəttinə döyüşmək üçün göndərilmişdi. Zərdüşt Əlizadə’ni isə Azərbaycan qadınını təhqir etdiyi üçün döymüşəm.”

Daha sonra o, 14 il azadlıqdan məhrum edilib. İsgəndər Həmidov 9 il sonra, 2003-cü ilin dekabrında prezident İlham Əliyevin fərmanı ilə əvf olunub.

O, “Bozqurd” hərəkatına rəhbərlik edib və daha sonra bu hərəkat Azərbaycan Milli Demokrat (Bozqurd) partiyasına çevrilib. 1993-cü ildən nəşr olunan “Bozqurd” qəzetinin təsisçisi olub.Keçmiş prezident, mərhum Əbülfəz Elçibəy 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsində deyib ki, Kəlbəcərin işğalından sonra İsgəndər Həmidov vəzifəsindən könüllü istefa verib: “İsgəndər Həmidov mənə dedi ki, Kəlbəcər gedəndən sonra özümü mənəvi sınıq hiss edirəm, artıq öz adamlarıma əmr verəndə görürəm ki, əmrim yumşaq çıxır. Görürəm ki, əmrimin effekti düşüb Kəlbəcər getdiyinə görə, ona görə də mən istefa verirəm”. Təbi ki, biz bu səbəbin ne dərəcədə doğru olduğunu bilmirik. Hakimiyətdə olan bəzi qüvvələrlə sözü düz gəlmədiyi üçün də istefa verməyə məcbur edilmiş ola bilər.

Bütün bunlara baxmayaraq İsgəndər Həmidov xalqın yaddaşında Qarabağın azadlığı uğrunda mübarizə aparmış cəsur bir adam, Elçibəy’ in  dostu və sabiq daxili işlər naziri olacaq qalacaq. O 26 fevral 2020 ci ildə, Xocalının işğal olunduğu tarixin il dönümündə  vəfat edib.

***

(Türkiye lehçesinde)

İskender Hamidov; korgeneral, istiklalci milletvekili, 9 yıl hapis yatmış, başından bela eksik olmayan, çılgın, hisli, Türk milli hareketinin ünlü siması. Onu tanıyanlar eski bakanı böyle tarif ederler. İskender Hamidov, Azerbaycan’ın yakın tarihinin tartışmalı siyasetçilerindendi. Eski bakanla çalışanlar onun çetrefilli karakterinden bahsederler.

İskender Hamidov, 1948 yılında Kelbecar Bölgesinin Bağlıkaya şehrinde doğdu. İlk ve orta tahsilini Terter şehrinde tamamladı. Daha sonra polis teşkilatında çavuş olarak hizmet etti.

Hamidov, Bakü şehrinde “OBXSS” bünyesinde (devlet malının zimmete geçirilmesi ile mücadele şubesinde) yolsuzluğa karşı mücadele idaresinin başkanlığına kadar yükseldi.1980’lerin sonunda bağımsızlık hareketine katılmış ve AXC (Azerbaycan Halk Cumhuriyeti)’nin başkan vekili olmuştur.

Karabağ muharebesinde gönüllü kuvvetlerin kuranlardandır.1992 yılında başkanlık icra eden İsa Kamber onu mayıs ayında içişleri bakanlığına tayin etmiştir. Aynı yılın Ekim ayında Hamidov’a korgeneral rütbesi verilmiştir. 1993 yılında Hamidov bakanlık görevinden istifa etmiştir.

İskender Hamidov, 1995 yılının Mart ayında tutuklanmış ve MTN (Azerbaycan Cumhuriyeti Millî Güvenlik Bakanlığı istihbarat, karşı istihbarat faaliyetleri, devlet sırrının korunması, suçların tespiti, önlenmesi alanlarında Azerbaycan Cumhuriyeti’nin kanunu ile belirlenmiş yetki merkezi yürütme organı) merkezinde 21 ay gözaltında tutulmuştur.

Hamidov, vazifesini suiistimal ederek çok miktarda (400.000 Dolar) parayı zimmetine geçirmekle, 701 mahkumu serbest bırakmakla, İstiklal Gazetesinin baş editörü Zerdüşt Alizadeh ile başka bir çalışanını dövmekle itham olundu. Elbette ki bu ithamların perde arkası farklıdır. Hamidov bir röportajında: “Bana mahkumları bırakmamı hükümet emretmiştir. Hem de mahkumlar cephe hattına çarpışmak için gönderilmiştir. Zerdüşt Alizadeh’i ise Azerbaycan kadınına hakaret ettiği için dövdüm”, der.

Daha sonra 14 yıl hapse mahkum edilir. 2003 yılının Ekim ayında (9 yıl sonra) Hamidov, Azerbaycan devlet başkanı İlham Aliyev’in kararnamesi ile affedilir.

O, Bozkurt hareketine rehberlik eder ve daha sonra bu hareket Azerbaycan Milli Demokrat (Bozkurt) partisine evrilir. 1993 yılında yayınlanan “Bozqurd” gazetesinin kurucusudur. Azerbaycan’ın eski başkanı Ebulfez Elçibey 1998 yılında ANS televizyon kanalına verdiği röportajında şöyle der: “Kelbecer’in işgalinden sonra İskender Hamidov görevinden gönüllü istifa etmiştir. Bana demiştir ki; Kelbecer’in ayrılmasından sonra kendimi ahlaken kırıldığımı hissediyorum, artık kendi adamlarıma emir verdiğimde görüyorum ki emrim yumuşak çıkıyor. Görüyorum ki emrimin tesiri düşmüştür. Kelbecer gittiğine göre ben de istifa ediyorum.” Tabi biz bu sebebin ne kadar doğru olduğunu bilmiyoruz. İktidardaki bir takım güç odaklarına güvenilir gelmediği için istifaya zorlanmış olabilir.

Bütün bunlara rağmen İskender Hamidov Türk milleti adına Karabağ’ın kurtarılması uğruna mücadele etmiş cesur bir adam, Elçibey’in dostu ve eski içişleri bakanı olarak kalacaktır.

26 Şubat 2020 yılında Hocalı katliamının yıl dönümünde vefat etmiştir.

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.




Benzer Yazılar