Litvalı fotojurnalist Qarabağda erməni yalanlarını ifşa etdi

Litvanın məşhur web saytı Дельфи.ру litvalı fotojurnalist Vidmantas Balkunasın Qarabağda şahid olduğu bir sıra hadisələrin qısa məzmununu yayımladı.


Paylaşın:

Erməni yalanlarını ifşa etdi

Litvanın məşhur web saytı Дельфи.ру litvalı fotojurnalist Vidmantas Balkunasın Qarabağda şahid olduğu bir sıra hadisələrin qısa məzmununu yayımladı.

7 oktyabrda İrəvana gedən V.Balkunas 11 oktyabrda Xankəndinə çatdı. Jurnalist burda Xankəndinə çatmaq üçün səlahiyyətli şəxslərə rüşvət verməli olduğundan bəhs edir.

Litvalı fotojurnalist Vidmantas Balkunas deyir ki: ” Biz Xankəndinə çatmadan ermənilər dedi ki, şəhər tamamilə dağıdılıb. Çünkü Azərbaycanın məqsədi ölkə iqtisadiyyatına ziyan vurmaqdı. Onlar bilir ki, biz burda yenidən quruculuq işləri aparmalıyıq. Lakin biz şəhərə girəndə bunun həqiqəti əks etdirmədiyini anladıq. Bir neçə dağılmış binanı saymasaq şəhər mərkəzi yerli yerindədir.”

Balkunas Xankəndində ermənilərin başqa dələduzluqlarının da şahidi olub. Litvalı fotojurnalist bəhs edir ki , ermənilərin jurnalistləri apardığı media mərkəzi bir məktəbin atış poligonunda yerləşir. Eyni zamanda o şəhər parkında S-300 roket qurğularının yerləşdirildiyini deyir. Əgər Azərbaycan kəşfiyyatı bundan xəbər tutsa oranı mütləq bombalayacaq. Bu zaman sivil vətəndaşların zərər çəkməsi kimin günahıdır ?

V.Balkunas eyni zamanda silah – sursat anbarına çevrilmiş mədəniyyət binasından da danışır.

V.Balkunas “Oyuna girəndə qaydalara da əməl etmək vacibdir. Əgər sən raket qurğularını şəhərdə parkın içində gizlədirsən və yaxud mədəniyyət binasini silah – sursat anbarına çevirirsənsə və həmin parkı, mədəniyyət binasını qarşı tərəf topa tutursa, onda dinc sakinlərin ölməsindən gileylənməyə haqqın yoxdur” deyə fikirlərini ifadə edib.

Litvalı fotojurnalistin bu reportajı bir daha ermənilərin yalançılığını və onların dünya ictimaiyyətinə çatdırdığı xəbərlərin həqiqəti əks etdirmədiyini göstərir.

Kaynak: (https://1news.az/mobile/news/litovskiy-zhurnalist-iz-hankendi-nenavist-k-azerbaydzhancam-spryatannye-v-skverah-raketnye-ustanovki-i-sklad-boepripasov-v-dome-kul-tury, 23/10/2020)

Yazar

Nuray Türksoy

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.




Benzer Yazılar