Millî bağımsızlık hareketinin önde gelen ismi: Şeyh Muhammed Hiyabani – Milli Düşünce Merkezi Millî Düşünce Merkezi - Dünyaya Türkçü Bakış

DUYURU   • 515’inci Bilgi Şöleni: Tarımda neler oluyor?   • 514’üncü Bilgi Şöleni: Karabağ’da ne oldu?

Millî bağımsızlık hareketinin önde gelen ismi: Şeyh Muhammed Hiyabani

Emperyalizme karşı mücadelenin büyük isimlerinden Şeyh Muhammed Hiyabani şehit edildi.

15 Eylül 2020
Esra Çam ve Nuray Türksoy
Şeyh Muhammed Hiyabani şehit edildi.
Şeyh Muhammed Hiyabani

Dün Güney Azerbaycan’ın özgürlüğü için emperyalizme ve despotizme karşı savaşan Şeyh Muhammed Hiyabani’nin şehit olduğu gündür.

Şeyh Muhammed Hacı Abdülhamid oğlu Hiyabani, 1879 yılında Azerbaycan’ın güneyindeki Tebriz şehri yakınlarındaki Hamne kasabasında doğdu. O, Güney Azerbaycan’da şahlık rejimine karşı ulusal kurtuluş hareketine önderlik etmiştir. İlk eğitimini Hamne’de aldıktan sonra Mahaçkala’ya gelerek ticaret işlerinde babasına yardım etmiştir. Şeyh Muhammed, Tebriz’e döndükten sonra manevi eğitim alarak müctehid rütbesine ulaştı. Ayrıca astronomi ve matematik ilmi de almış, Rusça ve Fransızca dillerini öğrenmiştir.

“Hakkı vermezler, hakkı almak lazımdır.”

Şeyh Muhammed Hiyabani, Azerbaycan’ın önde gelen âlim, politikacı ve düşünürüdür. O, 1905-11 yılları İran devrimi sırasında siyasi hayata adım atmış, devrimin aktif katılımcılarından olmuştur. 1908-09 yıllarında Tebriz’in Hiyaban mahallesindeki siper savaşlarında verdiği mücadeleden dolayı Hiyabani unvanını kazanmıştır.
Muhammed Hiyabani konuşmalarında her zaman insan hakları ve özgürlüklerinden bahsetmiş ve Güney Azerbaycan’daki insanların dünya görüşünü değiştirmeye, geliştirmeye çalışmıştır.
O, halkın millî duygularını uyandırmak istedi. Onun her zaman konuşmalarında söylediği meşhur bir söz vardı: “Hakkı vermezler, hakkı almak lazımdır.”

Emperyalizme karşı mücadelenin unutulmaz lideri

O, Azerbaycan Millî Encümeni’nin ve İran Meclisi’nin üyesiydi. 1909 yılında kurulan İran Demokratik Partisi’ne (IDF) katılmış, İran devriminin yenilgisinden sonra ülkeyi terk ederek Mahaçkala, Bakü ve Tiflis’e gitmiştir. O, Azerbaycan’ın kuzeyindeki Türklerin yaşamı ve dünya görüşü ile burada yakından tanışmıştır.

Hiyabani devrimci faaliyete, 1905- 1911 Sattarhan hareketi zamanı başladı. 24 Ağustos 1917’de IDF Azerbaycan İl Komitesi’nin kapsamlı bir konferansında Azerbaycan Demokratik Partisi (ADF) bağımsız ilan edilmiş ve Hiyabani partinin merkez komitesi başkanlığına seçilmiştir.

Güney Azerbaycan’ın kuzeybatısındaki yabancı kuvvetlerin kışkırtmasıyla Ermeni silahlı gruplarının Türklere karşı işlediği soykırımı önlemek için Şeyh Muhammed Hiyabani tarafından oluşturulan silahlı gruplar, Urmiye ve Salmas’taki katliamların önlenmesinde önemli rol oynadılar.

1917 yılında Tebriz’de başlayan halk protestoları, şah rejimi ve yabancı işgalciler için büyük endişe kaynağıydı. Protestolar, Azerbaycan Demokratik Partisi (ADP) tarafından yönlendirildi. Partiye, Sattarhan ile birlikte Şeyh Muhammed Hiyabani başkanlık etti. Harekette köylü ve aydınların yanı sıra ulusal burjuvazinin temsilcileri de vardı.

1919 yılında, İngiltere ile Vüsuk üd-Devle arasında 1907 anlaşmasının yerini alan bir anlaşma imzalandı. İngiltere bu anlaşma ile Kaçar Devleti’ni tamamen bağımlı hale getirdi. Elbette ki bu halk arasında büyük bir memnuniyetsizlikle karşılandı. 7 Nisan 1920’de, Ş.M. Hiyabani’nin liderliğinde Tebriz’de bir isyan başladı. İsyancılar tüm devlet dairelerinin kontrolünü ele geçirdi ve İngiliz ordusunu Tebriz’den çıkardılar. Bu başarılı saldırı hem Azerbaycan Halk Cumhuriyeti’nde hem de Türkiye’de büyük yankı uyandırdı.

Sovyet Rusya’nın lideri ise sinsi planlarını gerçekleştirmesi için Ş.M. Hiyabani’ye mali yardım teklif etmişti. Hiyabani, yardım teklifini kesin olarak reddetti. Hiyabani yalnızca halkının gücüne güveniyordu. Anadolu’daki bağımsızlık hareketinin lideri Mustafa Kemal’in yardımını da bu yüzden kabul etmedi.
Hiyabani liderliğindeki ulusal kurtuluş hareketi İngiltere’yi ve İran hükümetini alarma geçirdi. Harekete karşı birleşerek 12 Eylül 1920’de saldırdılar. Tebriz-Alakapı’daki hükümet merkezi İranlı-Kazak savaşçıları tarafından ele geçirildi. İsyancılara karşı acımasız katliamlar yapıldı. Azerbaycan’ın güneyindeki kurtuluş hareketinin lideri Hiyabani, 14 Eylül’de Tebriz’de öldürüldü.

Ş. M. Hiyabani halkına ve vatanına aşıktı. O, Halkının özgürlüğü ve bağımsızlığı için hayatını feda etti. Azerbaycan halkı bu yiğit savaşçıyı her zaman sevgi ve minnetle hatırlayacaktır.

***
(Azerbaycan lehçesinde)

Dün Güney Azərbaycanın azadlığı uğrunda imperializmə və despotizmə qarşı mübarizə aparan Şeyx Məhəmməd Xiyabaninin şəhid olduğu gündür.

Şeyx Məhəmməd Hacı Əbdülhəmid oğlu Xiyabani 1879-cu ildə Azərbaycanın cenubundaki Təbriz şəhərinin yaxınlığında, Xamnə qəsəbəsində anadan olmuşdur. O, Azərbaycanın cənubunda şahlıq rejiminə qarşı milli azadlıq hərəkatına başçılıq etmişdir. İlk təhsilini Xamnədə almış, daha sonra Mahaçqalaya gələrək, ticarət işlərində atasına kömək etmişdir. Təbrizə qayıtdıqdan sonra ruhani təhsili alan Şeyx Məhəmməd, müctəhid dərəcəsinə çatmışdı. O eyni zamanda astronomiya və riyaziyyat elmini də mənimsəmiş , rus və fransız dillərini öyrənmişdir.

“Haqqı verməzlər, haqqı almaq lazımdır”

Şeyx Məhəmməd Xiyabani Azərbaycanın görkəmli alim, siyasətçi və mütəfəkkiri idi. O 1905-11-ci illər İran inqilabı dövründə siyasi həyata addım atmış , inqilabın fəal iştirakçılarından olmuşdur. 1908-09-cu illərdə Təbrizin Xiyaban məhəlləsində səngər döyüşlərində mücadilə apardığı üçün Xiyabani adını qazanmışdır.
Məhəmməd Xiyabani çıxışlarında hər zaman insan haqlarından, azadlığından söhbət açaraq Cənubi Azərbaycanda xalqın dünyagörüşünü dəyişdirməyə , inkişaf etdirməyə çalışırdı.
O xalqın milli hislərini oyatmaq istəyirdi. Onun həmişə çıxışlarında dediyi məşhur bir sözü var idi. “Haqqı verməzlər, haqqı almaq lazımdır”.

İmperializmə qarşı mübarizənin unudulmaz lideri

O, Azərbaycan milli əncüməninin və İran məclisinin deputatı olmuşdur. 1909-cu ildə təşkil edilən İran Demokrat Firqəsinə (İDF) daxil olmuş, İran inqilabının məğlubiyyətindən sonra ölkəni tərk edərək, Mahaçqala, Bakı, Tiflis şəhərlərinə getmişdir. O Azərbaycanın quzeyində ki türklərin yaşayışı və dünyagörüşü ilə burda yaxından tanış olmuşdur.

Xiyabani inqilabi fəaliyyətə 1905-1911-ci illər Səttarxan hərəkatı zamanı başlamışdı. 1917-ci il avqustun 24-də İDF Azərbaycan əyalət komitəsinin geniş konfransında Azərbaycan Demokrat Firqəsi (ADF) müstəqil elan edilmiş, Xiyabani partiyanın mərkəzi komitəsinin sədri seçilmişdir.

Cənubi Azərbaycanın şimal-qərbində erməni silahlı dəstələrinin xarici qüvvələrin təhriki ilə aysorlarla birlikdə türklərə qarşı törətdiyi soyqırımının qarşısını almaq üçün Şeyx Məhəmməd Xiyabaninin yaratdığı silahlı dəstələr Urmiya və Salmasda qırğınların qarşısının alınmasında əsaslı rol oynadılar.

1917-ci ildə Təbrizdə baş verən xalq çıxışları şah rejiminə və xarici işğalçıları çox narahat edirdi. Etiraz çıxışları Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən yönləndirilirdi. Partiyaya Səttarxanla birlikdə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Hərəkatda kəndli və ziyalılar, milli burjuaziya nümayəndələri də vardı.

1919-cu ildə İngiltərə ilə Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini əvəz edən bir müqavilə bağlandı.İngiltərə bu saziş ilə Qacarlar dövlətini özündən tam asılı vəziyyətə saldı. Əlbətdəki bu xalq içərisində böyük narazılıqla qarşılandı. 1920-ci il aprelin 7-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə üsyan başlandı. Üsyançılar bütün dövlət idarələrinin nəzarətini ələ keçirdilər və İngiltərə ordusunu Təbrizdən çıxartdılar. Bu uğurlu həmlə həm Azərbaycan Xalq Cümhuriyyətində həm də Türkiyədə böyük əks-səda doğurdu.

Sovet Rusiyasının lideri isə öz məkrli planlarını həyata keçirmək üçün Ş.M.Xiyabaniyə maliyyə yardımı təklif etmişdi. Xiyabani yardım təklifini bir mənalı olaraq rədd etdi. Xiyabani yalnız öz xalqının gücünə arxalanmışdı. Anadoluda istiqlal hərəkatının rəhbəri Mustafa Kamalın köməyini də buna görə qəbul etmədi.

Xiyabaninin başçılıq etdiyi milli azadlıq hərəkatı İngiltərəni və İran hökumətini təşvişə saldı. Onlar hərəkata qarşı birləşərək, 1920-ci il 12 sentyabrda hücuma keçdilər. Təbriz – Alaqapıdakı hökumət mərkəzi İran-kazak döyüşçüləri tərəfindən ələ keçirildi. Üsyançılara qarşı amansız qırğınlar törədildi. Azərbaycanın cənubundakı azadlıq hərəkatının rəhbəri Xiyabani isə sentyabrın 14-də Təbrizdə qətl edildi.

Ş.M.Xiyabani öz xalqına və Vətəninə aşiq idi. O, xalqının azad bir şəkildə yaşaması, müstəqilliyi uğrunda öz canını fəda etdi. Azərbaycan xalqı bu cəsur döyüşçünü daim sevgi və minnətlə xatırlayacaq.

Yorum yapın!

Comment *
Yorum yapın!

Peki ben ne yapabilirim?
Bizi okuyor, beğeniyor ve “Peki ben ne yapabilirim?” diye soruyor musunuz? Bağış yaparak bizi destekleyebilirsiniz. Bağışlarınızla faaliyetlerimiz daha sık, daha geniş ve daha etkili olacaktır. TIKLAYINIZ!

Yazarların diğer yazıları: