Altıncı Türkçülük Çalışmaları

Altıncı Türkçülük Çalışmalarının (ATÇ) hazırlıq işləri başlandı. Mövzumuz Milli Simvollar və Dəyərlər’dir.


Paylaşın:

26 Aralık 2025 tarixində Xəzər Universitetində Beşinci Türkçülük Çalışmaları: Milli və Çağdaş Təhsil Gərəyi başlıqlı elmi konfransın məqalələr toplusu çapa göndərildi. Bu topluda xeyli fundamental məqalə yer alacaq. Təhsil məsələlərimizlə maraqlananlar bəyənəcəklər.

Altıncı Türkçülük Çalışmalarının (ATÇ) hazırlıq işləri başlandı. Mövzumuz Milli Simvollar və Dəyərlər’dir. Aşağıdakı məsələlər diqqət mərkəzində olacaq:

Millətləşmə sürəcində milli simvolların rolu;

Tarixdə simvollar və günümüz;

Adlarımız, soyadlarımız, soyad sonluqları;

Yazı qaydaları sahəsində vəziyyət;

Milli/rəsmi günlərimiz;

Sənətdə (rəssamlıq, heykəltəraşlıq, xalçaçılıq, miniatür və s.) simvollar;

Milli dəyərlər toplusuna münasibət.

ATÇ’nin ilk, simpozium bölümündə 4 məruzə dinlənib, müzakirə ediləcək. Milli simvollar sahəsində indiki durum haqqında sözü və konseptual fikri olanların da qısa çıxışları nəzərdə tutulur. Bundan başqa vurğuladığımız mövzular çərçivəsində təqdim edilən orijinal elmi məqalələr (Chicago Manual of Style formatında) topluda çap üçün qəbul edilə bilər.

ATÇ mayın 26-da Xəzər Universitetində gerçəkləşəcək. Milli simvollar haqqında fikri olan şəxsləri bu milli işi gözardı etməməyə çağırırıq.

 

 

Yazar

MDM

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.




Benzer Yazılar