TORPAQ CEYHUN’A YAXŞI BAX

      TORPAQ CEYHUN’A YAXŞI BAX   Elman TOVUZ   Ceyhun’a    Gurladım, yağa bilmədim, Günəştək yaxa bilmədim. Mən yaxşı baxa bilmədim, Torpaq, Ceyhuna yaxşı bax!   Baxma asıb-kəsməyi var, Demə qorxub əsməyi var. Arada bir küsməyi var, Bir bax, Ceyhuna, yaxşı bax – Torpaq, Ceyhuna yaxşı bax!   Dedi: – Ye-iç, kefini çək… Eşqi Allah, […]


Paylaşın:

 

  

 TORPAQ CEYHUN’A YAXŞI BAX

 

Elman TOVUZ  

Ceyhun’a 
 
Gurladım, yağa bilmədim,
Günəştək yaxa bilmədim.
Mən yaxşı baxa bilmədim,
Torpaq, Ceyhuna yaxşı bax!
 
Baxma asıb-kəsməyi var,
Demə qorxub əsməyi var.
Arada bir küsməyi var,
Bir bax, Ceyhuna, yaxşı bax –
Torpaq, Ceyhuna yaxşı bax!
 
Dedi: – Ye-iç, kefini çək…
Eşqi Allah, andı çörək,
Gözləri tox, qəlbi kövrək
Varaq Ceyhuna yaxşı bax –
Torpaq, Ceyhuna yaxşı bax!
 
“Yüz çabala sola-sağa,
Dünya vəfasızdı, qağa!”…
Ölümə – dik, yaşamağa –
Qorxaq Ceyhuna yaxşı bax!
Torpaq, Ceyhuna yaxşı bax!
 
Nəyi vardı, – qoydu düzdə
Altın alta, üstün üstə…
Harda olsa, dostun üstə
Yarpaq Ceyhuna yaxşı bax –
Torpaq, Ceyhuna yaxşı bax!
 
Ruhu uçub göyə getdi…
Axtarmağa yiyə, – getdi…
Ana! – deyə-deyə getdi…
Uşaq Ceyhuna yaxşı bax –
Torpaq, Ceyhuna yaxşı bax!
 
Arzu geniş, yer balaca…
Bu dünyaya yoxmu baca?
Azlıq edər bir balaca
Otaq, Ceyhuna yaxşı bax –
Torpaq, Ceyhuna yaxşı bax!
 
Dərdlərini bilə-bilə,
Gəldi-getdi deyə-gülə…
Üşüməsin, qoynun elə
Ocaq, Ceyhuna yaxşı bax –
Torpaq, Ceyhuna yaxşı bax!
 
Nələr olur dan gəlincə…
Duman gəlir gün gəlincə…
Qurban olum, mən gəlincə,
Torpaq, Ceyhuna yaxşı bax!
Torpaq, Ceyhuna yaxşı bax!
 

 

 

 

 

 

 

 

 

 

Yazar

Milli Düşünce Merkezi

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.




Benzer Yazılar