Ağdam, 27 yıldır Ermeni işgali altında

Ağdam, Türkçede ''küçük kale'' demektir. Bu kadim şehir, ismini bölgedeki Türklerin savunma amaçlı inşa ettiği küçük kalelerden alıyor. Güneş ışıkları ile aydınlanmış, ''ak ev'' anlamına geldiği de biliniyor. Ve Karabağ'ın en güzel bölgelerinden biri olan bu şehir, 27 yıldır Ermeni işgali altında.


Paylaşın:
Azerbaycan

Ağdam, 27 yıldır Ermeni işgali altında

Karabağ’ın merkezinde yer alan Ağdam’ın büyük bir bölümü, 23 Temmuz 1993’te Ermeniler tarafından işgal edildi. Ağdam’a ilk saldırılarında başarısız olan Ermeniler, Ağdere istikametine yöneldiler. 26 Haziran 1993’te Ağdere düşmanın eline geçti. Ardından ise, Ağdam yönündeki saldırılar başladı. Sayıca az olan Azerbaycan Milli Ordusu çoğunlukla gönüllülerden oluşuyordu. 42 gün süren çatışmalar neticesinde, 1154 kilometrekarelik bölge işgal edildi.

İşgalden sonra, Ağdam’daki tarihî yapılar, abideler, mezarlıklar, hastaneler, kütüphaneler ve okullar Ermeniler tarafından yok edildi. Yapılan tahminî hesaplamalara göre, Azerbaycan’a 252 milyon dolar maddi zarar verildi. Kendi topraklarından göç etmek zorunda kalan bölge halkı, ülkenin çeşitli yerlerine dağıldı.

***

(Azerbaycan Türkçesi)

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Bu gün Qarabağın ən gözəl guşələrindən biri olan Ağdamın işğalından 27 il ötür.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yer alan Ağdamın böyük hissəsini işğal edib. Ağdam üzərinə edilən birinci hücum uğursuz olduqda ermənilər qüvvəni Ağdərə istiqamətində yönəltdi. İyunun 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. Onların qarşısında əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı.

İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçdi. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıtdılar. Təxmini hesablamara görə, Ağdam rayonunun işğalı nəticəsində Azərbaycana 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər.

Yazar

Hilal Ülkü Şahin

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.




Benzer Yazılar