Azərbaycanda Milli Sevgililər Günü – Milli Düşünce Merkezi Millî Düşünce Merkezi - Dünyaya Türkçü Bakış

DUYURU   • Program İptali   • Açık Oturum: Söz Konusu-3

Azərbaycanda Milli Sevgililər Günü

30 iyun tarixinin Azərbaycan üçün həzin bir hekayəsi var. Bu gün 1990 – cı il 20 Yanvar tarixində şəhid olan İlham Allahverdiyev və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür.

30 Haziran 2020
Nuray Türksoy
İlham və Fərizə Allahverdiyevlər

“Qanlı Yanvar” olaraq qeyd etdiyimiz 20 Yanvar günü Azerbaycanlı türklər üçün bir çox kədərli hekayənin xatırladıcısıdır. Bu gün Sovet tankları qarşısında dimdik duran cesur insanları xatırlatdığı qədər, o tankların altında can vermiş şəhidləri də xatırladır. İlham və Fərizə cütlüyü də bunlardan biridir.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda doğulmuşdu. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirdi. Sonra hərbi xidmətə getdi. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başladı.

Fərizə Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində doğulmuşdu. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi olan Fərizə, İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurdu. Ancaq nə yazıq ki, cütlüyün xoşbəxtliyi qısa sürdü.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəldilər. Amma yanvarın 19-u İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına apardı. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxdı.

20 Yanvar günü İlham rus tanklarından açılan atəşlə şəhid oldu. İlhamı həmin günü xəstəxanalardan birində tapdılar. Yeni qovuşduğu sevdiyinin şəhid olması Fərizədə sağalmaz yaralar açdı. Fərizə bütün bu yaşananlara tab gətirə bilmədi. İlk əvvəl özünü yandırmaq istədi lakin yaxınları qarşısını aldı. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Lakin İlhamın yoxluğuna tab gətirə bilməyən Fərizə gecə hər kəs yuxuya getdikdən sonra bir qab sirkəni içərək intihar etdi. O bətnindəki körpəni də özü ilə məzara apardı.

Məhz buna görə də bu cütlüyün toy tarixi Azərbaycanda 2003-cü ildən bəri milli Sevgililər günü kimi qeyd olunur. Onların sevgi hekayəsi azerbaycanlı türklər üçün romalı bir papanın ölüm tarixindən daha dəyərli və önəmlidir. Çünkü İlham və Fərizənin hekayəsi sadece bir sevgi hekayəsi deyil. Eyni zamanda vətənə olan məhəbbətin də təcəssümüdür. Elə buna görə də, onların Şəhidlər xiyabanında yan yana olan məzarları heç vaxt ziyarətçisiz qalmayacaq…

Peki ben ne yapabilirim?
Bizi okuyor, beğeniyor ve “Peki ben ne yapabilirim?” diye soruyor musunuz? Bağış yaparak bizi destekleyebilirsiniz. Bağışlarınızla faaliyetlerimiz daha sık, daha geniş ve daha etkili olacaktır. TIKLAYINIZ!

Yazarın millidusunce.com'daki yazıları