Qırğızıstan ilə Azərbaycan arasında dostluq parkı

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməlqoyma mərasimi keçirilib.Öncə Qırğızıstan Prezidenti, ölkənin Xarici İşlər naziri onları müşayiət edən şəxslər Azərbaycan-Qırğızıstan Dostluq parkının və Heydər Əliyev adına məktəb binasının layihəsi ilə tanış olublar. Prezident Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov parkın təməlini qoyublar. Mərasimi açan Bişkek şəhərinin meri Əziz Surakmatov Azərbaycan və Qırğızıstan dostluğunun […]


Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməlqoyma mərasimi keçirilib.Öncə Qırğızıstan Prezidenti, ölkənin Xarici İşlər naziri onları müşayiət edən şəxslər Azərbaycan-Qırğızıstan Dostluq parkının və Heydər Əliyev adına məktəb binasının layihəsi ilə tanış olublar. Prezident Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov parkın təməlini qoyublar.

Mərasimi açan Bişkek şəhərinin meri Əziz Surakmatov Azərbaycan və Qırğızıstan dostluğunun simvolu olan parkın açılması münasibətilə iştirakçılarını təbrik edib.

Qırğız Respublikasının Prezidenti Sooranbay Jeenbekov Bişkek şəhərində məktəb kompleksinin tikilməsinə, eyni zamanda paytaxtın ən görkəmli rayonlarından birində möhtəşəm parkın salınmasına göstərdiyi təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan’a təşəkkürünü bildirib.

Yazar

Nuray Türksoy

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.