Yükleniyor...
Türk dünyasının ve Azerbaycan’ın tanınmış şairi, bağımsızlık hareketinin liderlerinden biri olan Halil Rıza Ulutürk, 21 Ekim 1932’de Salyan ilinin, Pirabba köyünde doğdu. Yine Salyan’da öğrenim gören Halil Rıza, bilgi ve becerileri ile diğer öğrencilerden ayrılıyordu. Salyan Şehir Kütüphanesinin aktif bir üyesiydi.
Yaratıcılığını sözlü halk edebiyatını, klasik ve modern yazarların eserlerini okuyarak geliştirdi.1948’de şairin ilk dizisi “Kitap”, “Azerbaycan Pioneri (Öncüsü)” gazetesinde yayımlandı.1949 yılında Halil Rıza, Azerbaycan Devlet Üniversitesi Filoloji Fakültesine girdi. Orada edebiyat eleştirmeni Cafer Handan ve Bahtiyar Vahapzade’nin bilgisinden faydalandı.
1957 yılında Azerbaycan Yazarlar Birliği Halil Rıza’yı Moskova’ya, Maksim Gorki Dünya Edebiyat Enstitüsü Yüksek Edebiyat kurslarına göndermiştir. 1959 yılında yurda döndükten sonra Azerbaycan Devlet Pedagoji Enstitüsünde yüksek lisans eğitimine devam etti. 1963 yılında ”Savaş Sonrası Azerbaycan Sovyet Edebiyatında (1945-1950) Şiir Türü” konulu tezini başarıyla savundu. Edebi özgürlüğün ve cesaretin kısıtlı olduğu zamanlarda bile Halil Rıza, düşüncelerini okuyucuya ulaştırmaktan vazgeçmemiştir. Öyle ki, Azerbaycan bağımsızlık hareketi başladığında da bütün gücüyle halka destek olmuştur.
1990 yılında Bakü’de SSCB tarafından yapılan kanlı olaylar hakkında röportaj verdiği için tutuklandı. Ve 8 ay boyunca Moskova’da hapishanede yaşadı. Halil Rıza daha sonra 1991’de “Türk Milleti Ödülü Sahibi” olurken, 1992’de ”Azerbaycan Cumhuriyeti Halk Şairi” onursal unvanına layık görüldü. Ayrıca bağımsızlık sürecindeki hizmetlerinden dolayı İstiklal nişanı sahibi olmuştur.
Şairin oğlu Tebriz de kendisi gibi cesur bir vatanseverdi. Tebriz, 1992 yılında Karabağ Savaşı sırasında şehit edildi. Azerbaycan Cumhurbaşkanı Ebulfez Elçibey’in 8 Ekim 1992 tarihli kararnamesi ile Halil Rıza oğlu Tebriz, ”Azerbaycan Milli Kahramanı” unvanını almıştır. Şairin kendisi ise 22 Haziran 1994’te Bakü’de vefat etti ve Ulusal Şeref Mezarlığına gömüldü. Tarih, Azerbaycan’ın özgürlüğü için savaşan Halil Rıza’yı ve Karabağ için şehit olan oğlu Tebriz’i unutmayacak!
***
(Azerbaycan Türkçesi)
Türk dünyasının görkəmli şairinin ölümündən 26 il ötür. Türk dünyasının və Azərbaycanın tanınmış siması , xalq azadlıq hərəkatının öncülərindən olan Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. İki saylı Salyan rayon orta məktəbində təhsil alan Xelil Rza öz biliyi və bacarığı ilə digər şagirdlərdən seçilirdi . O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi. O, şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə edərək öz yaradıcılıq qabiliyyətini inkişaf etdirirdi . 1948-ci ildə şairin “Azərbaycan pioneri” qəzetində “Kitab” adlı ilk şeri dərc olundu. 1949 cu ildə Xəlil Rza Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Orda ədəbiyyatşünas alim Cəfər Xəndan və Bəxtiyar Vahabzadənin biliyindən bəhrələnir .
1957 ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutu nəzdində iki illik Ali ədəbiyyat kurslarına göndərir. 1959-cu ildə vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirir. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edir və filologiya elmləri namizədi dərəcəsinə layiq görülür. Ədəbi azadlığın və cəsarətin meydanı dar olan durğunluq illərində belə bəzən açıq-açığına, bəzən isə sətiraltı mənalarla fikrini oxucusuna çatdırmaqdan çəkinməyən şairimiz Azərbaycandan Xalq Azadlıq hərəkatı başlayan zaman da, öz şeirləri ilə xalqa bütün gücüylə dəstək olmuşdur.
1990 ci ildə Sovet imperiyasının Bakıda törətdiyi qanlı hadisə haqqında verdiyi müsahibələrə görə həbs edilir. Və 8 ay Moskvada dustaq həyatı yaşayır. Daha sonra 1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülür. Türk dünyasının görkəmli şairi Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilir.
Şairin oğlu Təbriz də məhz özü kimi vətənpərvər, cəsur bir igid idi . Təbriz 1992-ci ildə Qarabağ döyüşləri zamanı şəhid olur. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Şairin özü isə 1994-cü il iyunun 22-də Bakı şəhərində vəfat edir və Fəxri xiyabanda dəfn olunur. Tarix Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Xəlil Rzanı da, Qarabağ uğrunda şəhid olan oğlu Təbrizi də unutmayacaq !