Məktub-ı məxsusi – MİSAK- Millî Strateji Araştırma Kurulu
MDM- Millî Strateji Araştırma Kurulu
MİSAK logo

_______24.01.2019_______

Məktub-ı məxsusi

MİSAK Editörü

 

Hüseyinzade Ali Bey’in 24 Kasım 1904’te Türk Gazetesinde, Üç Tarz-ı Siyaset hakkında yayımlanan mektubudur.

 

Möhtərəm qəzetənizin bilmiyorum hanni nüsxələrinin bir-iki bəndində Türklügün nədən ibarət olduğuna təmamilə vüquf göstərilməmiş və Tatarlara, ələlxüsus Türklügün mədar-ı iftixarı bulunan Cingizlər, Teymurlar kibi hərb dahilərinə həqarətamiz bəzi sözlər dərc edilmişdir. Bu da Osmanlı Türklərini müdafiə niyyətindən iləri gələrək “Qaş yapayım derkən göz çıxarmaq” qəbilindən bir şey olmuş oluyordu.

Bugün üləmay-i ətrakşünasan, hətta Rus müstəşirqinin çoxu Çinin bəzi cəhətlərində Tatar namilə bir qövm tanımıyorlar: Türk var, Moğul var, fəqət Tatar yoxdur. Kırımlılar, Kazanlılar, Orenburqlular və sairə həp Türk oğlu Türkdürlər. Kəndilərinə nə qövmdən olduqları Türkcə sual olunsa Türküz deyə cavab verirlər. Bunlara əqvam-ı sairə tərəfindən bir yanlışlıq olaraq Tatar denmişdir.

…(Qəzetə məqalədən bir qaç cümləyi çıxarmış).

Surət-i məxsusədə şu üç məsləkdən (Üç tərz-ı siyasətdən) heç birini tərvic edəməyicəginizi, yeganə məqsədiniz Osmanlı Türklərini iqaz və şəhrah-ı tərəqqi və təməddünə sövq etmək olduğunu bildiriyorsunuz ki, ümum Türklər üçün tərıq-i səlamət də budur… Müsəlmanlar və bilxassə Türklər, hər nərədə olursa-olsun, istər Osmanlıda,istər Türküstanda, istər Baykal gölünün ətrafında, ya Qaraqum civarında olsun, yekdigərlərini tanıyacaq, sevəcək, Sünnilik, Şiəlik və daha bilməm nəlik anlamlarıyla təəssüb-i məzhəbiyi azaldıb Quran-i Kərimi anlatmağa qeyrət edəcək, əsas-i din Quran olduğunu biləcək olurlarsa əl verməz mi?.. Çünki gərək dincə əsasən gərək qövmiyyətçə birdirlər, müttəhiddirlər. Süni olaraq ayrıca “Pantürkizm”, “Panislamizm” namlarıyla məslək icadına nə lüzum vardır? Əsil məsələ nə surətlə çalışmaq, nəyə çalışmaq və nəyi ögrənməkdir. Bir millət üçün hər şeydən əqdəm arzu ediləcək şey qüwətdir. Zəmanəmizdə millətlərin səlamətinə, səadətinə yeganə vasitə budur. Bir
millətin kəsbi-qüvvət etməsi nüfusun kəsrətinə, əfradm sihhət və afiyətinə və ənasirı-mütəcanisəsi arasında irtibatı-mənəvinin təzayüdünə vabəstədir.

Təkəssüri-nüfus sihhəti-cismaniyə və ruhaniyə, irtibati-mənəvi sərvətsiz, məhəbbətsiz, hüsni-əxlaqsız olamaz. Binaənəleyh əvvəl əmrdə cahil olmamağa çarə aramalıdır. Sərvət qazanmanm yollarını ögrənməlidir. Fəsadi-əxlaqın önü alınmalıdır. Və ələlxüsus məhəbbəti-mütəqabilənin təzayüdünə çalışılmalıdır.

Ancaq şunu gözəlcə anlamalıdır ki, bu millətin, ya ümmətin tərəqqiy- i maddi və mənəvisi mütəgabildir; yəni təavün əsasına müstənəddir. Ətrakın bir qismində vuqua gələn tərəqqi o biri qisminə əksedər, təsir edər. Məsəla, lisanı-Osmaninin təkamülü Kırımlıların, Kazanlıların ya Şirvanlıların dəxi dilini islaha xidmət edər; Türküstani-Çin bir Fransa qədər laəqəl bir Felemenq, bir Belçika qədər mütərəqqi bir məmləkət olsa idi, bunun Osmanlı Türklərinə də bir faidəsi olmayacaq mıydı?.. Aləmi-İslam, ya məmaliki-ətrak qeyri münbit bir çöl, bir biyaban halını aldığı təqdirdə əmin olunuz ki, Osmanlı mədəniyyəti dəxi nə qədər çalışsa yenə bu biyabanın ortasında bir vahədən başqa bir şey olamaz! Bir məmləkətin bağlarına filoksara arız olinuş ikən orta yerdə bir-iki bağın şu illətdən tamamiylə məsun qala bilməsi çox müşküldür. İslam, türk hər tərəfdə tərəqqi etsə, quvvət bulsa məmaliki-Osmaniyyə də o aləmin içində bir vahə degil, bir behişti-əndər behişt olur.

Binaənəleyh məsələ ittihad, yaxud tövhid məsələsi degil, məsələ yek-digərimizi tanımaq, sevmək tərıqi-təməddündə yek-digərimizə muavinət etmək məsələsidir.

“Qafqas Türklərinin Molyeri (Moliere) bulunan məzhəkənəvis-i şəir Mirzə Fətəli Axundovun adının başında mirzə var, yaxud axırında “ov” var deyə Əcəm, Əcəmləşmiş, yaxud Ruslaşmış nəzəriylə baxıb tanımamaq, təqrir etməmək, Türk olduğunu, Türkcə yazdığını, Türklərə xidmətdə bulunduğunu bilməmək… Müəllim Feyzi kibi fazıl və kamil bir Türkü, bu Azərbaycan Türkünü İranda təvəllüd etmiş olduğu üçün, ya İraniləri sevdigi üçün Əcəmi təqib etmək… Digər tərəfdən də İranın qaanilərinə varıncaya qədər məktəb şagirdanına şeirlərini əzbərlətmək; fəqət Mirzə Əli Şir Nəvaidən iki sətir olsun düz oxuya bilməmək… İştə təyib olunacak hallar…

(Yazının sonunda Vamberidən bəhs edərək)

“Alimi-müşarünileyhin məktubunu oxurkən yadıma vaxtiylə Türklügə dair yazmış olduğum qitələr gəldi. Bunları məktubuma əlavə edərək zat-ı alinizə göndəriyoram. İstanbulda təb və nəşri mümkün olmamışdı. Qusurlarma baxmayıb qəzetənizə dərcini layiq görürsəniz, bəndənizi minnətdar edərsiniz”.

Sizlərsiniz ey qövmi Macar bizlərə ixvan,

Əcdadımız müştərəkən mənşəi Turan.

Bir dindəyiz biz, həpimiz həqpərəstan,

Mümkünmü ayırsın bizi İncililə Quran.

Cingizləri titrətdi şu afaqı sərasər,

Teymurları hökm etdi şahənşahlara yeksər,

Fatehlərinə keçdi bütün kişvəri-qeysər.

 

A.Turani, Türk Qəzetəsi, Sayı: 56, 24 Teşrinisani, 1904.

 

 

       

Yazarın MİSAK'taki yazıları