04.10.2023

Yeni Turanın təşəkkülü və Azərbaycanın missiyası

Siyasi fikirler arasında asırlar öncesinden giren Turancılık ve Türk Birliği, önemli paydaşlarından biri de Azerbaycan'dır. Azerbaycan Doğu ve Batı Türklüğünü birleştiren köprüdür. Bu sebeple Karabağ sorunu ivedilikle çözülmelidir.


Dünya dergisi (Bakü), Sayı 1, 1993, s. 20-22.
Makaleni Kiril’den Latin alfabesine
Ankara Üniversitesi Dil, Tarih ve Coğrafya Fakültesi
Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü
öğrencisi Hatun Kuzu aktarmıştır.
Orijinalin özellikleri korunmuştur.

Birləşmiş Millətlər Təşkilatının binası qarşısında bu gün Türkiyə Cumhuriyyətinin al bayrağı ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın da bayraqları  dalğalanır. Türk dünyasının tarixində, şübhəsiz, bu çox böyük, epoxal hadisədir. Lakin hələ neçə-neçə əsir türk ellərimiz qalır. Yeni türk  dövlətləri ayağa dura bilməyən, yeni doğulmuş uşağa bənzəməkdədir, hətta bir neçə türk elində qan axıdılır. Mənafelərin  toqquşduğu dünyamızda türk düşmanlığı da ayaqlanmış və bu təbii gedişatın qarşısına çəpər çəkmək üçün gecə-gündüz çalışmaqdadır. Belə bir dövrdə, əlbəttə, türk dünyası geopolitik durumunu yetərincə dərk etməli, dostunu- düşmənini yaxşıca tanımalıdır. Ağıla gələn ilk təbii fikir isə türk dünyasının birləşməsi fikridir. Ümumtürk siyasi fikrinə xoşbəxtlikdən çoxdandır türk həmrəyliyi fikri daxil olmuş, dəyişkən şərtlərin təsiri ilə yeni formalar almışdır. Bu gün həmin irs nə dərəcədə aktualdır, ondan faydalanmaq olarmı?

Turan haradır və Turançılıq nədir?

Bir əsrdən çoxdur ki, türk xalqlarının fikir həyatını Turan idealı ( məfkurəsi ) məşğul etməkdədir. Dünya türkologiyası da elə bu qədər uzun müddət içində bu məsələni mubahisə obyektinə çevirmiş, türklük dostu onu təbii siyasi-ideoloji cərayan hesab etmiş, düşmən isə hay-kuy salaraq dünyanı onunla qorxutmağa çalışmışdır. Üstəlik, özümüzün içimizdə də “Turan” dəyəndə əli-ayağı titrəyən manqurtlar olmuş, indi də az deyil.

Bu çıxışımız turançılık [mövzusunu araşdırmaq] məqsədi daşımır. Mübahisələrin məzmun və əhəmiyyətinə varmaq fikrimiz də yoxdur. Bu yöndə araşdırmaların çağdaş türk fikir həyatı üçün son dərəcə aktual və faydalı olması qeydi ilə kifayətlənərək, turançılık tarixində önəmli həsab etdiyimiz bəzi məqamları çıxışımızın başına gətirməyi zəruri saydıq.

XIX əsrin əvvəllərindən Avropa və Rusiyada milliyətçilik hərakatı genişlənmiş, slavyan ölkələrində panslavizm (slavyan birliyi), parçalanmış alman torpaqlarında pangermanizm (alman birliyi) və s. birləşdirici cərayanlar yaranmışdır. Panslavizmin təzyiqi altında qeyri-slavyan halqlarının ziyalı nümayəndələri yollar axtarır, fikirlər irəli sürürdülər. Məhz panslavizmin, qismən də pangermanizmin təzyiqi altında macar ziyalıları XIX əsrin əvvəllərində “Turan” anlayışını elmi fikrə gətirdilər. Qanlarında qədim hunların qanının axdığı ilə fəxr edən macar alimləri “Turan” anlayışına türk, monqol, tunqus, fin-uqor və macar torpaqlarına daxil edirdilər.

Turan coğrafi  mənada bir zamanlar İranın şimal-şərqinə deyilmiş, mifologiya və ədəbiyyatda (məsələn, Firdovsinin  “Şahnaməsi”sində ) adı keçmişdir. Siyasi anlamda isə “Turan bütün türklərin keçmişdə və bəlkə də gələcəkdə bir gerçək olan böyük vətənidir” ( Z. Göyalp ) formasına almışdır.

Macar türkoloqlarının istifadə etdikləri “Turan” anlayışı Rusiya imperiyası tərkibində yaşayan türk xalqlarının qabaqcıl nümayəndələrini cəlb etmiş, onlar arasında XİX əsr boyu inkişaf etməkdə olan türkçülük cərəyanının siyasi tərəfini təşkil etmişdir. Hələ 1883-cü ildə “Tərcüman” qəzetini təsis etmiş İsmail bəy Qaspıralı (Qasprinski) “Dildə, fikirdə, işdə birlik!” şüarını irəli sürmüşdü. Əli bəy Hüseynzadə (Turan) 90-cı illərdə yazdığı “Turan” şe’ri ilə siyasi turançılığın (türkçülüyün ) əsasını qoydu. Macarlara müraciyətlə Əli bəy yazırdı: “Sizsiniz, ey qövmi-macar, bizlərə ixvan; əcdadımızın müştərikən mənşəyi Turan.” Bu şe’rinə və İstanbulda yaşadığı zaman bu yöndə fikirlərinə görə Yusuf Akçura və Ziya Göyalp Ali bəy Hüseynzadəni “ilk turançı” adlandırmışdır.

Burada onu da əlavə edək ki, turancılığın ideoloji kökündə bu zaman Avropada geniş yayılmış Qobinonun irqçilik nəzəriyyəsi dururdu. Bu nəzəriyyəyə uyğun olaraq türk halqlarını doğmalaşdıran bağı turançılar irqi birlikdən ibarət hesab edirdilər. Amma türk düşünürlərinin əsərlərində bol-bol rastlanan “irq”, “soy” kəlmələri şovinist əhval-ruhiyyədən uzaq olmuş, müdafiə xarakteri daşımışdır. Elmin sonrakı inkişafı ilə rədd edilən bu zəif ideoloji bazaya (irqçiliyə) baxmayaraq, turançılık türk xalqlarının həyatında böyük rol oynadı. Türkçülüyün böyük ideoloquna çevrilmiş Ziya Göyalpın dediyi kimi, “Turan məfkurəsi  olmasaydı, türkçülük bu qədər sürətlə yayımlayacaqdı.“

Daha sonra, xüsusən gənc türklər inqilabından sonra Turan anlayışı Osmanlı ziyalıları (türkçüləri) arasında geniş yayıldı. Ziya Göyalp az sonra “Turan” şe’rində yazdı: “Vətən nə Türkiyədir Türklərə, nə Türküstan; Vətən böyük müəbbəd bir ölkədir: Turan.”

Lakin onu da dəyək ki, turançılıq Osmanlı imperiyasının heç vaxt, hətta Ənvər Paşa zamanında belə dövlət siyasəti səviyyəsinə qalxmadı. O dövr türk dünyası mütəfəkkirlərinə görə Turan-Osmanlı sultanının (xəlifənin) bayrağı altında bütün türk ölkələrinin birləşməsi kimi təsəvvür olunurdu. Bu ideya ən çox Rusiya türklərini cəlb edirdi, çünki Rusiya zülmündən azad olmaqda Osmanlı imperiyası təbii müttəfiq idi.

Bununla belə böyük fikir bahadırlarının irəli sürdükləri Turan ideali birinci dünya müharibəsi və ondan sonrakı siyasi hadisələr gedişində gərçəkləşə bilmədi. Başlıca səbəblərini göstərək.

Birincisi, türklüyün yeganə istinadgahı və ümid yeri olan Osmanlı imperiyası muharibədə məğlub oldu. Osmanlı imperiyası nəinki Rusiyada və başqa dövlətlərdəki türk milli hərakatını müdafiə edə bildi, hətta öz torpaqlarının belə xeyli hissəsini itirdi.

İkincisi və ən vacibi. Türk xalqlarının geopolitik durumu (böyük, dağınıq ərazini əhatə etməsi, bu ərazilər arasında qeyri-türklərin yerləşməsi və s.), türk xalqlarının milli hərəkatlarının müxtəlif inkişaf səviyyəsi və aralarındakı əlaqələrin zəifliyi nəticəsində türk dünyasındakı hərəkatların məğlubiyyətinə səbəb oldu.

Yeni Turan idealı necə doğdu?

Tarixi təcrübə daha bir səbəbi ortaya qoydu. Bu da milli proseslərin çox sür’ətlə getdiyi XIX əsrin sonu-XX əsrin əvvəllərində Rusiyadakı türk xalqları arasında yerli milliyətçiliyin (müsbət mənada ) artması idi.

Osmanlı dövlətinə bütün cəhətlərinə görə ən yaxın olan Azərbaycanın nümunəsi diqqəti çəkir. 1918-ci ilin başlarında Azərbaycanda Türkiyə ilə birləşmək – ilhaqçılıq hərakatı gücləndi. Məsələn, 1918-ci ilin yanvarında yaranmış Qafqaz İttihad və Tərəqqi Firqəsinin programında deyilir ki, “firqə hər şeydən əvvəl bütün Qafqasiya müsəlmanlarının Türkiyəyə ilhaqını və xilafət bayrağı altında yaşamasını tələb edir.” Bu tələbə uyğun olaraq 1918-ci ilin mayın sonlarında Azərbaycanın keçici paytaxtı Gəncəyə gəlmiş Nuru Paşa qüvvələri  Azərbaycan türklərinin fiziki varlığını qorumaqla yanaşı, Azərbaycandakı mürtəcə qüvvələrə əl-qol açmaq imkanı yaratdı. İlhaqçılıq daha da güçləndi. Lakin Azərbaycan milli-demokratik qüvvələri bunun qarşısını ala bildilər. Azərbaycan hökumətinin başçısı N. Yusifbəyli ilhar istəyənlərə deyirdi: “Azərbaycana bir türk ordusu gəlməsi ola bilər və lazımdır da. Ancaq qorxduğum bir nöqtə var, türklər bizi  İstanbuldan idarəyə qalxmasınlar… Əlbəttə ki, Osmanlı türkləri azəri türklərinin böyük qardaşıdır.  Ancaq Bakı İstanbuldan idarə ediləməz.”

Lenin-Stalin Rusiyası başqa xalqlar kimi türk xalqlarındakı milli hərəkatları da amansızcasına əzdi. 20-ci illərdə bəzi türk ellərində türkçülük özünü göstərirdisə, sonrakı dövrlərdə  bu hərəkatın dibinə balta vuruldu, onları bir-birindən ayırmaq və manqurtlaşdırmaq siyasəti dövlət səviyyəsində yürüdüldü. Türk xalqlarına sovet rejimi dövründə vurulmuş zərbəni Azərbaycanın timsalında özətləyək.

Çar dövründə planlaşdırılmış işlər sovet dövründə yerinə yetirildi. Azərbaycanı Türkiyədən təcrid ətmək üçün Zəngəzur Ermənistana verildi, Borçalı və Ahısqa türkləri vasitəsilə Türkiyə ilə olan üzvi əlaqəni kəsmək üçün Ahısqa türklərinin hamısı (Borçalı türklərinin isə bir hissəsi) Qazaxıstana köçürüldü; 1944-cü ildə hətta Azərbaycanın yerli əhalisini Qazaxıstana köçürmək planı hazırlanmışdı; Sovet Rusiyasının təzyiqi ilə Türkiyədə Azərbaycan mühacirətinin siyasi fəaliyyəti qadağan edildi. Təkcə Türkiyə ilə deyil, Sovet İttifaqında olan türk elləri ilə də hər cür mədəni, siyasi əlaqələrə əngəl qoyuldu. Bəlkə də heç bir xalqa rəva görülməyən zülmü stalinizm Azərbaycanda həyata keçirdi; Azərbaycanın yerli türk əhalisinə öz adı ilə adlanmaq qadağan edildi. Yeni qəbul edilmiş latın qrafiki ( Türkiyədə yenicə qəbul edilmişdi ) kirill əlifbası ilə dəyişdirildi, ümumtürk abidələrinin adını çəkmək yasaq sayıldı. “Türkiyə cəsusu”, “pantürkist” suçu ilə millətin düşünən təbəqəsi məhv edildi, bir sözlə, Azərbaycan türklərini milli şüurundan məhrum etmək üçün hər cür fəsad yapıldı.

Bu illərdə Azərbaycan siyasi fikrində türk birliyi, türk dayanışması probleminə yeni baxış meydana çıxır. Azərbaycan siyası mühacirəti tarixi təcrübəni analiz edərək, belə bir nəticəyə gəlir ki, türk xalqlarının bir dövlət tərkibində birləşməsi mümkün deyildir, real vəzifə onlar arasında əlaqələrin qorunub saxlanmasından ibarət ola bilər.

Müsavat Partiyasının 1936-cı il proqramında təsbit edildi: “Böyük türklüyə mənsub bir məmləkət olması hesabilə Azərbaycan digər türk elləri ilə kültürəl surətdə bağlıdır. Bu bağlılığın bundan əvvəl olduğu kibi, bundan sonra da qorunmasını müsavatçılıq ciddiyətlə mudafiə edər.” M.Ə. Rəsulzadə, M.B. Məmmədzadə və başqa ideoloqlar əsərlərində artıq “Yeni Turan” terminindən istifadə etməyə başladılar. Yeni Turan anlayışına görə türk xalqları öz müstəqil dövlətlərini qurmalı, bu dövlətlər arasında sıx əlaqə yaratmalıdır. Bu, Turancılığın inkişafında yeni mərhələ idi.

Sovet dövründəki 70 illik siyasətin nəticələri göz önündədir. Əski sovet türkləri arasındakı əlagələr qırılmış, yerli ədəbi dillər formalaşmış, yerli millətlərin yaranması projesi başa çatmışdır. Yə’ni rəallıq belədir ki, bu gün hətta bir dövlət (SSRİ) tərkibində olmuş türk soyları belə özlərini ayrı-ayrı millətlər hesab edirlər. Ziya Göyalpın “Türkçülüyün əsasları”nda uzaqgörənliklə qeyd etdiyi hadisə baş vermişdir: “…tatarlar, özbəklər, qırğızlar ayrı kültürlər ortaya çıxardıqları zaman, ayrı-ayrı millətlər halını alacaqlar və buna görə də yalnız öz adları ilə anılacaqlar.”

Sovetlər Birliyi deyilən şər imperiyasının süqutundan sonra, türk ellərindəki milli hərəkatların gedişi sübut etdi ki, bu gün gündəlikdə yalnız Yeni Turanın, yə’ni müstəqil türk dövlətlərinin və onlar arasında sıx əlaqələrin yaranması, türk insanının müasir dünyaya layiq yaşayışının təmin edilməsi problemi durur. Deməli, Yeni Turanın kökündə demokratiya, insan haqları uğrunda mübarizə durur. Ondan heç bir millətə ziyan dəyməz. İslam Birliyi (panislamizm ) deyilən ideal indi İslam Konfransı Təşkilatının timsalında gerçəkləşib. Onillərlə islam aləminin birliyindən  xoflanan Qərbə bundan nə ziyan dəydi? Niyə çeşidli təşkilatları ilə Avropa evi olur, Ərəb Dövlətləri Birliyi olur, deyək ki, Türk Dövlətləri Birliyi olmasın? Bu, haqq işidir və belə bir birlik artıq yaranmaq üzrədir.

Azərbaycanın Yeni Turanda yeri

Təxminən 200 milyon əhalisi olan türk dünyasının önəmli hissəsi Azərbaycan türklərindən ibarətdir. Aşağı-yuxarı 30 milyondan ibarət olan Azərbaycan, dünya türkləri içində Türkiyədən sonra ikinci yeri tutur. Dünya millətləri içində isə say baxımından 32-35-ci yerdədir. Qüzey Azərbaycan 86 min kvadrat kilometrlik ərazidən ibarət olması üzrə 250 min kvadrat kilometrlik əraziyə  malik olan [Bütöv] Azərbaycan, Orta Şərqdə önəmli geopolitik duruma sahibdir. Avropanı Asiya ilə birləşdirən Orta əsr “İpək yolu” Azərbaycan torpaqlarından keçir. Eyni zamanda Şərq türkləri ilə Qərb türkləri arasındakı körpü də Azərbaycandır. Türk dünyasının dəyərli siyasət adamı və lidəri M.Ə.Rəsulzadə hələ 1920-ci ildə demişdi: “Əski Turanın göbəyində Azərbaycan namında bir gənc, igid dəliqanlı var. Yeni Turanın anahdarı ondadır. Onunla anlaşmazlıq çıxarırsan, öncə onun könlünü qırıb kəndisinə bir zərər verirsən, bütün çabaların boşuna, əməklərin xarab, taxtın bərbad olur.”

Türk düşmənləri Azərbaycanın strateji önəmini, açar rolunu yaxşı bildiklərindən Qarabağ problemini ortaya atdılar. Üzdəniraq erməni ideoloqları Balayan və Qriqoryan 1989-cu ildə əski SSRİ Silahlı Qüvvələri baş qərargahının yüksək rütbəli zabitləri qarşısında etdikləri məruzədə Qarabağın ermənilər tərəfindən alınmasını Turanın qurulması qarşısında duran bir hərəkat kimi əsaslandırmağa çalışmışlar. Araz çayı üzərində tikilmiş və Türkiyə ilə Naxçıvanı birləşdirən Sədərək körpüsü erməni mətbuatında “Turan körpüsü” adlanır. Düşmən olanda nə olar, düz deyirlər.

Azərbaycanın əhəmiyyətini Rusiya da yaxşı dərk etmişdir, ona görə də rus şovinizmi Azərbaycana münasibətdə ciddi tədbirlər görməyə cəhd edir. Çünki bağımsız Azərbaycanın mövcüdiyəti Rusiya Federasiyası daxilindəki Şimali Qafqaz və Volga (İdil) boyu türklərin milli hərəkatlarını da alovlandırmaqdadır. Onların müstəqillik uğrunda hərəkatı üçün Azərbaycan nümunəsi çox əhəmiyyətli amildir və bu xüsus Rusiyanı rahatsız etməkdədir. Orta Asiya respublikalarının tamamilə müstəqil və demokratik dövlətlərə çevrilməsi də Azərbaycanın müstəqil və demokratik bir dövlət kimi ayağa durmasına bağlıdır. Beləliklə, Qarabağ problemi türk dünyasının ortaq problemidir. Bu problemin ermənilər lehinə nəticələnməsi üçün çalışan türk düşmənlərinə qarşı yeni türk dövlətləri təsirli tədbirlər görmək məcburiyyətindədirlər. Məsələnin ədalətli həlli üçün türk dünyasının həmrəyliyi çox əhəmiyyətlidir. Probləmin  həlli təqdirində Azərbaycan türk dünyası qarşısındakı borcunu və tarixi missiyasını gərçəkləşdirə bilər. Əslində türkçülüyün mərkəzi indi artıq Bakıya, öz mədinəsinə kəçmişdir. İnanırıq ki, yaxın gələcəkdə yaranacaq Türk Dövlətləri Birliyinin (ya da bir başqa adda analoji təşkilatın) mənzil qərargahı da Bakıda olacaqdır.

Yuxarıda söylədiklərimizi aşağıdaki şəkildə yekunlaşdıra bilərik:

  1. Turançılıq məfkurəsində hüquqçuların dediyi kimi cinayət tərkibi yoxdur.
  2. Yeni Turan məfkurəsi turançılığın təbii inkişafının nəticəsi və yeni bir mərhələsi olub, onun ideoloji təməlində insan haqları və demokratiya durmaqdadır.
  3. Yeni Turanın qurulması, yə’ni türk xalqlarının müstəqilliyə qovuşaraq, dövlətlər birliyi təşkil etməsi günümüzün problemidir.
  4. Əsir türk xalqlarının bir çoxunun istiqlal mücadiləsinin müvəffəqiyyətlə nəticələnməsi üçün Qüzey Azərbaycanın tamamilə müstəqil varlığı və aktiv fəaliyyəti şərtdir. Azərbaycanda demokratiya və çağdaş hüquq sisteminin varlığı Orta Asiyadaki demokratik inkişafa yol açacaqdır. Beləliklə, Yeni Turanın qurulması təkcə türk dünyasının deyil, bütün dünyada sülhün mənafeyinə uyğundur.

Öz missiyasını yerinə yetirməsi üçün Azərbaycan, Qarabağ problemini vaxt itirmədən həll etməyə məcburdur və bu baxımdan türk dünyası bəynəlxalq hüquq mexanizmi çərçivəsində Azərbaycana yardım etməlidir.

Makalenin Türkçe’sine ulaşmak için tıklayınız.

Yazar

Nesib Nesibli

Peki ben ne yapabilirim?
Bizi okuyor, beğeniyor ve “Peki ben ne yapabilirim?” diye soruyor musunuz? Bağış yaparak bizi destekleyebilirsiniz. Bağışlarınızla faaliyetlerimiz daha sık, daha geniş ve daha etkili olacaktır. TIKLAYINIZ!

Yorum Yap

Kayıt olmadan yorum yapabilirsiniz.